Azərbaycanın 3-cü ən böyük mədəniyyət evi sökülür

Bərdə rayonun mərkəzində yerləşən mədəniyyət sarayının Mədəniyyət Nazirliyinin rayon şöbəsi tərəfindən söküldüyü bildirilir

"Azərbaycanın 3-cü ən böyük mədəniyyət evi söküləcək". Anspress-in məlumatına görə, bunu özünü Bərdə rayon ziyalılarının təmsilçisi kimi təqdim edən Həsənov Xəqani Əyyub oğlu keçirdiyi mətbuat konfransı zamanı söyləyib. Onun sözlərinə görə Bərdə rayonun mərkəzində yerləşən bu mədəniyyət sarayı Mədəniyyət Nazirliyinin rayon şöbəsi tərəfindən söküləcək.1979-cu ildə təməli qoyulan bu tikili uçuq vəziyyətdə olduğuna görə prezident İlham Əliyevin 2012-ci ildə bərdəyə səfəri zamanı binanın yenidən təmir ediləcəyini bildirib. X.Həsənovun sözlərinə görə, nazirlik binada yerləşən qaçqınları tezliklə binadan çıxarıb yerində 400 nəfərlik müasir mədəniyyət evi tikəcəklərini bildirib. Rayon ziyalıları isə Bərdə rayon qədim mədəniyyət evinin rayon sakinlərinin həyatında mühüm yer tutduğunu və qədim binanın sökülmədən yenidən təmir olunmasını tələb edirlər.
Bərdə rayon ziyalılarının təmsilçisinin sözlərinə görə Azərbaycanda 3 belə bina var ki, onlardan biri də Bərdədə yerləşir. Digərləri isə Naxçıvan və Sumqayıtdadır. X.Həsənovun sözlərinə görə, Bərdə rayon Mədəniyyət Evinin sökülməsi üçün 1.5 milyon manat pul ayırıb. Sarayın səhnə hissəsi 9 mərtəbəli binadan böyükdür.
Bərdədə yerləşən mədəniyyət sarayının 1200 nəfərlik tutumu var. Yeni tikiləcək binanın inşasına dövlət tərəfindən 15 milyon manat pul ayrılıb. X.Həsənov yeni tipli mədəniyyət sarayının qədim saraydan 3 dəfə kiçik və cəmi 400 nəfərlik insan tutumuna malik olacağını söyləyib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31