Ebru Gündeşi qorxudan zəng

Ebru Gündeşin ailəsini hədələdilər. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin həyat yoldaşı azərbaycanlı iş adamı Rza Zərrab polisə müraciət edərək həyat yoldaşının  hədələndiyini bildirib:  "Oturub yemək yeyirdik, zəng edərək Ebrunu söyməyə və hədələməyə başladılar. Yerimizi soruşdular, gəlib bizi güllələyib basdıracaqlarını bildirdilər. Ailəmin və iş yerimin qorunmasını tələb edirəm" Araşdırma nəticəsində məlum olub ki, müğənniyə zəng edən Əhməd A. adlı şəxs Qaziantepdə əsgərdir. 
"Bu nömrəni əsgər yoldaşım verib dedi ki, internetdə Ebru Kundeş adlı qıza aiddir. Mən onu adi qadın bilirdim. Ebruya zəng edib hədələməmişəm",- deyə əsgər polisə ifadə verib. 
Prokurorluq Əhməd A-nın müğənnini hədələdiyi və söydüyü üçün 4 il həbs olunmasını tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31