"Fatih" serialında biabırçılıq

Türkiyənin Kanal D telekanalında nümayişi başlanacaq, Star TV telekanalında göstərilən "Muhteşem yüzyıl"a rəqib sayılan "Fatih" serialının çəkiliş meydançasında biabırçı olay yaşanıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, serialda baş rol olan Sultan Fatih Mehmet obrazında oynayan aktyor Mehmet Akif Alakurt dava salıb. O, əlində qılınc çəkiliş qrupuna hücum edib.
Mühafizəçilər və texniki heyət aktyoru zorla sakitləşdiriblər. "O, çəkilişlərin aparıldığı Beykoz Kundura səmtindəki pavilyona maşınla gəldi. Maşından düşən kimi əlindəki qılıncla aktyorlardan birinə hücum çəkdi. Onu zorla sakitləşdirdilər", - aktyorlardan biri deyib. "Sıla" və "Adanalı" seriallarındakı rollarından sonra məşhurlaşan Mehmet Akif Alakurt əvvəllər də çəkiliş meydançalarında dava salmışdı. O, çəkiliş meydançasındakı aktyor Özlem Çakırı yumruqlamış, təpikləmişdi. Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31