Çağatay Ulusoyu 15 il həbs gözləyir

Türkiyənin məşhur aktyorları Çağatay Ulusoy, Gizem Karaca, Yusuf Akgün və Selin Boronkay ilə yanaşı, müğənni Cenk Erenin məhkəməsi davam edir. Narkotik maddələr alverində suçlanan bu şəxslərin 5 ildən 15 ilədək həbs olunması istənilir. Milli.Az DHA-ya istinadən bildirir ki, İstanbul polisinin narkoticarətlə mübarizə şöbəsinin əməkdaşları yanvarda narkotacirlərə qarşı həyata keçirdikləri genişmiqyaslı əməliyyat çərçivəsində aralarında Çağatay Ulusoy, Gizem Karaca, Yusuf Hasan Akgün, Ayşe Selin Boronkay, Cemal Hünal və Cenk Erenin də olduqları çoxsaylı məşhurları həbs etmişdilər. Polisdə ifadələri alınandan sonra Çağatay Ulusoy, Gizem Karaca, Yusuf Hasan Akgün və Ayşe Selin Boronkay sərbəst buraxılmışdılar. 8 ay davam edən istintaqı prokuror Abdullah Mirza Coşkun tamamlayıb.
Məhkəməyə verilmiş iddianamədə prokuror adı çəkilən məşhurların 5 ildən 15 ilədək azadlıqdan məhrum olanmasını tələb edib. Aktyorlar və müğənni narkotik maddələrin alveri, narkotik maddələrdən istifadədə və başqalarını da bu istifadəyə təşviq etməkdə suçlanırlar. Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31