Üzeyir Musiqi Günü münasibətilə tədbirlər keçiriləcək

Heydər Əliyev Fondu  və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixində Bakıda V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. Bu münasibətlə sentyabrın 18-dən etibarən Üzeyir Musiqi Günü münasibətilə konsertlər, tədbirlər, sərgilər təşkil olunacaq. Musiqi bayramı ilə əlaqədar 18 sentyabr 2013-cü ildə keçiriləcək tədbirlərin proqramı da hazırlanıb. Qeyd edək ki, 2009-cu ildən etibarən hər il 18-28 sentyabr tarixində dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan Beynəlxalq Musiqi Festivalları təşkil olunur. ("OLAYLAR" İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31