Toy olmayacaq...
Müğənni və teleaparıcı aralarında olan münasibətlərdən danışdılar.
17 Sentyabr 2013 11:20 MədəniyyətAzərbaycanın tanınmış aparıcısı Nanə Ağamalıyeva və müğənni Zamiqin yaxın günlərdə ailə quracağı barədə xəbərlər artıq bir neçə müddətdir ki, gündəmi zəbt edib.Oxu.Az xəbər verir ki, dünən axşam "Gün keçir" proqramının efirində Zamiq və Nanənin sevgi əhvalatı ilə bağlı bütün şaiyələrə son qoyulub. Müğənni və teleaparıcı birgə bəyanat verərək bildiriblər ki, onların arasında heç bir romantik münasibət yoxdur, yalnız dostluq edirlər və mətbuatdan daha bu mövzuda yazmamağı xahiş ediblər. "Biz bir-birimizin toyunda şahid kimi iştirak edəcəyik" - deyə, Nanə Ağamalıyeva vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31