Nadir Qafarzadə prezident seçkilərində kimə səs verəcək?

Azərbaycanın tanınmış müğənnisi Nadir Qafarzadə bu ilin 9 oktyabrında keçiriləcək prezident seçkilərində hazırki prezident İlham Əliyevin namizədliyni dəstəklədiyini deyərək hər kəsi İlham Əliyevə səs verməyə çağırıb. Bu haqda müğənni "OLAYLAR"a verdiyi açıqlamasında deyib:"Hər birimiz bu ölkədə yaşayırıq . Ölkəmizin inkişafı göz önündədi. Bu inkişafı görməmək üçün gərək kor olasan! Ulu Öndərimizin qrup yaratdığı müstəqil Azərbaycan Respublikasını hal-hazırda onun layiqli siyasi davamçısı olan İlham Əliyev uğurla idarə edir və inkişafa doğru aparır. Azərbaycan hər bir sahə üzrə inkişaf edib, bunu bütün dünya bilir. Mən Azərbaycan vətəndaşlarını seçkidə aktiv olmağa və İham Əliyevə səs vermələrinə çağırıram".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31