Fatimə “Maral Maral”ın sədaları altında rəqs elədi

Tanınmış rəqqasə Fatimə Fataliyeva Nadir Qafarzadənin "Yaşıl Teatr" dakı konsertində təqdim etdiyi "Maral" rəqsindən söz açıb. Rəqqasə "OLAYLAR"a bildirib ki, rəqsin hazırlanmasında İlham Kərimlinin böyük zəhməti olub: "İndi hansı el şənliyinə gedirsən müğənnilər "Maral, Maral" oxuyur. Amma bu mahnını Nadir kimi oxuyan yoxdu. Nadir "Maral"la partayış etdi. Bu günə qədər Youtube-da heç bir azərbaycanlı ifaçının mahnısı qısa müddətə 4 mindən artıq baxış sayını yığa bilməyib. Bu da Nadirin uğurudu. Buna sevinmək lazımdı.
Rəqqasə bu mahnının bir çoxları tərəfindən tənqid edilməsinə isə belə münasibət bildirib: "Hər zaman şou-biznesdə qabağa gedənlərin ayağından çəkib, baltalamağa çalışıblar. Bu hal hər zaman mənə pis təsir edib. Bir-birimizə dəstək olmalıyıq. O, mənim dostumdur, ən əsası da yaxşı insandı".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31