Brilliant Dadaşova niyə yük maşını çağırdı?

Dünən Azərbaycan respublikasının xalq artisti Brilliant Dadaşova doğum gününü qeyd edib. Bu münasibətlə  artıq keçən həftədən  başlayaraq yerli televiziya kanallarında sənətkar xaımın ad günü münasibəti ilə çəkilən  proqram  və konsertlər yayımlanıb. Müğənninin pərəstişkarları da artıq bir neçə gündür ki Brilliant  xanımın ad gününü qeyd edirlər. Müğənniyə sürpriz edən fanatlar  onun  olduğu məkanların birinə gələrək Brilliant xanımı hədiyyələr və çiçək yağışına qərq ediblər. Hədiyyələrin və çiçəklər çox olduğundan sənətkarın yaradıcı komandası onları daşmaq üçün yük maşını gətirməyə məcbur olublar. Qeyd edəkki müğənninin ad gününə həsr olunan silsilə proqramların yayımı növbəti həftə də davam edəcək. ( "OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31