Hollivud ulduzu yıxıldı! FOTO

Nikol Kidman köməkçiləri tərəfindən xəstəxanaya aparılıb

Hollivud Ulduzu Nikol Kidman velosipedçi ilə toqquşaraq yıxılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Kelvin Kleinin Nyu-Yorkda keçirilən moda nümayişindən qayıdan aktrisanı paparazzilər görüntüləyiblər.
Karl Vu adlı fotoqraf aktrisanın yıxıldığı vəziyyətdə olan şəkillərini çəkməyə nail olub. Həmin şəkillər paparazzi tərəfindən internetə yerləşdirilib.
Kidman yıxılaraq yolun qırağında hərəkət edən velosipedçinin yoluna düşüb, velosipedçi özünü saxlaya bilməyərək Nikolun üzərinə gəlib. Otel cangüdənləri aktrisaya yaxınlaşaraq onu ayağa qaldırmağa çalışıblar. Onun yıxılma şəkilləri internet istifadçilərinin böyük marağına səbəb olub.
Amerika mətbuatının verdiyi məlumata görə, Nikol xırda xəsarətlər alıb və köməkçiləri vasitəsilə xəstəxanaya çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31