"Möhtəşəm Yüzyıl" yeni aktrisasına qadağa qoydu
Aktrisa evdən işə işdən evə gedəcək
13 Sentyabr 2013 20:03 MədəniyyətMöhtəşəm Yüzyılın yeni sezonundan filmə çəkiləcək Berrak Tüzünataç ilə qəribə bir şərt kəsilib. ANS PRESS-in məlumatına görə, İstanbul gecələrində çox vaxt keçirən aktrisa keçən il "şezlong" və "balkon" qalmaqalıyla xeyli müddət gündəmdə qalmışdır. Türkiyədə izlənmə rekordu qıran filmə yeni qoşulan Berrak Mihrünnisə rolunu canlandıracaq. Gözəl aktrisanın filmdə çəkilməsi üçün özəl həyatına diqqət yetirməsi şərti ilə müqavilə bağlanıb. Müqavilənin şərtləri ilə razılaşan Tüzünataç ancaq evdən işə işdən evə gedəcək.
Xatırladaq ki, aktrisa əvvəlki illərdə eyvanda aktyor Şahan Gökbaharla, daha sonra isə çimərlikdə aktyor Çağtay Ulusoyla qucaqlaşarkən foto-müxbirlərin obyektivlərinə yaxalanmışdı. Baş verənlər yerli mətbuatda "şezlonq" və "balkon" qalmaqalı kimi əks olunmuşdu.