Bakı Uşaq Teatrı yeniliklərlə balacaları sevindirəcək
13 Sentyabr 2013 13:12 MədəniyyətBakı Uşaq Teatrı yeni mövsümdə səhnələşdirəcəyi əsərlərin seçimində uşaqların təbiət və heyvanlara olan münasibətinin düzgün istiqamətləndirilməsi yönümündə olan nağıl və əsərlərə yer verəcək. Təbiəti qorumaq, heyvanlara sevgi ilə yanaşmaq kimi ideyalı tamaşaların daha çox repertuarda yer tutacağı planlaşdırılır. Kəmiyyətə deyil, keyfiyyətə üstünlük verən teatr rəhbərliyi bu yönümdə də bir çox işlər görməyi planlaşdırır. Teatrdan verilən məlumata görə hər bir tamaşa video lentə köçürülərək, tamaşadan sonra rejissor və aktyorlar tərəfindən müzakirə olunacaq. ( "OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31