Namiq Qaraçuxurlunun kriminal həyatı
13 Sentyabr 2013 12:48 MədəniyyətTanınmış meyxana ifaçısı Namiq Qaraçuxurlu seriala çəkilməyi planlaşdırır. Milli.Az Day.Az saytına istinadən bildirir ki, ona təklif edilən rol o qədər xoşuna gəlib ki, dərhal razılıq verib.
"Bu serialın dəqiq mövzusunu demək olmaz. Çünki orada həm sevgi, həm də kriminal var. Ən çox xoşuma gələn o oldu ki, xaricdə təhsil almış gənc və varlı bir adamın rolunu oynayacam. Bu obraz mənə bir az uyğundur. Serialda mənim adım Murad olacaq. Bu da mənim ən sevdiyim addır. Hələlik çəkiliş qrupu mənim kaprizlərimə dözür", - Qaraçuxurlu Lider telekanalının "Pərdə" proqramına deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31