Azərbaycan filmi IX Kazan Beynəlxalq Müsəlman Film Festivalında qalib gəlib

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, ötən gün Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində 2005-ci ildən başlayaraq hər il ənənəvi olaraq keçirilən Kazan Beynəlxalq Müsəlman Film Festivalının bağlanış mərasimi keçirilib.
Bu il festivala 27 ölkədən qatılmış ümumilikdə 450 filmdən 50 bədii, sənədli və cizgi filmi festivalın müsabiqə proqramına daxil edilib.
Rejissor Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azanfilm" studiyasında çəkdiyi "Əriyən ada" sənədli filmi IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31