“Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” adlı sərginin vaxtı müəyyənləşdi

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın paytaxtı Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsinin 95 illiyinə həsr olunmuş sərgiyə hazırlıq işləri tamamlanmaq üzrədir. Sərgi MATM, eləcə də Türkiyə Cumhürriyətinin Azərbaycan Respublikasındakı səfirliyinin və Bakıdakı Yunus Əmrə adına Türk Mədəniyyət Mərkəzinin birgə səyləri ilə təşkil olunmuşdur. Sərginin rəsmi açılışı sentyabrın 16-da, saat 18.30-da nəzərdə tutulub. 16 sentyabr- 16 oktyabr tarixlərində davam edəcək sərgiyə giriş pulsuz olacaq. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31