“Arşın mal alan” ABŞ mətbuatında
11 Sentyabr 2013 19:33 MədəniyyətABŞ-ın "Huffington Post" jurnalında Üzeyir Hacıbəyovun "Arşın mal alan" operası haqqında məqalə dərc olunub. AZADİNFORM xəbər verir ki, məqalənin müəllifi jurnalist və Konqresin keçmiş namizədi Hoyt Hilsmandır.
O yazır ki, amerikalıların çoxu Azərbaycan tarixi və onun mədəniyyəti haqqında az bilirlər və ölkəni xəritədə çətinliklə göstərə bilərlər: " Lakin Azərbaycanın - Cənubi Qafqaz regionunda ən böyük ölkənin - uzun tarixi var. Əhalisinin əsasını müsəlmanlar təşkil edən, olduqca müxtəlif milli azlıqlardan ibarət olan dövlət müxtəlif vaxtlarda farslar, rus çarlar və Sovet İttifaqı tərəfindən idarə olunub.
SSRİ-nin iflasından və Ermənistanla müharibədən sonra ölkə yeni mərhələyə daxil oldu. Öz sərvətləri hesabına enerji ixracı və ticarət mərkəzinə çevrildi".
Müəllif qeyd edir ki, ilk dəfə 1913-cü ildə nümayiş olunan "Arşın mal alan"ı Nəsimi Ağayevin başçılığı altında Azərbaycan konsulluğu ABŞ-da təqdim edib. Rolları ABŞ aktyorları ifa edib. O, yazıda Əsgər bəy, onun evlənmək istədiyi qızla tanış olması üçün arşınmalçı olması haqqında təəssüratları bölüşüb: "Hekayə tək köhnəlmiş adətlərə qarşı və qadın hüquqları uğrunda mübarizədən, romantik sevginin inqilabi konsepsiyasından ibarət deyil, həm də onda innovasiya elementləri var".