Şvartsnegger 20 milyona “Terminator” olacaq
11 Sentyabr 2013 19:28 MədəniyyətAktyor Arnold Şvartsnegger "Terminator" filminin beşinci hissəsində çəkilmək üçün 20 milyon dollar qonorar alacaq. Lent.az-ın "Mirror" nəşrinə istinadən verdiyi məlumata görə, Alan Teylorun rejissoru olacaq film 2015-ci ilin iyununda ekranlara çıxacaq.
Qeyd edək ki, Arnold Şvartsnegger ilk dəfə "T-800" filmində terminator rolunu oynayıb və 700 min dollar qonorar aldığı bu rol onu məşhurlaşdırıb. Daha sonra iki dəfə terminator rolunda çəkilib. Sonuncu dəfə "Terminator 3: Maşının bərpası" filmində oynadığı rola görə isə karyerasında rekord məbləğdə - 30 milyon dollar qonorar alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31