Avstriyanı "Eurovision-2014"də təmsil edəcək iştirakçı VIDEO

Əsl adı Conchita Wurst - Tom Nyuverz olan iştirakçı 1988-ci ildə anadan olub

Bu il Avstriyanı "Eurovision-2014"-də təmsil edəcək iştirakçı müəyyənləşib. ANS PRESS-in məlumatına görə, Avstriyanı müsabiqədə Conchita Wurst təmsil edəcək. Əsl adı Conchita Wurst - Tom Nyuverz olan iştirakçı 1988-ci ildə anadan olub.
Conchita Wurst artıq "Eurovision-2012"-nin Avstriya milli seçim turlarında iştirak edib. Lakin sonra ikinci yeri tutduğuna görə, həmin il Avstriyanı təmsil etmək hüququndan məhrum olub.
Qeyd edək ki, bu il "Eurovision-2014" Kopenhagendə (Danimarka) keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31