III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq məsələləri geniş müzakirə olunub

Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, 23-25 sentyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.      Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib. İclasda həmçinin sərgi-yarmarka günlərində Bakıda gerçəkləşəcək Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclasına hazırlıq məsələləri də müzakirə olunub. İclası giriş sözü ilə açan nazir Əbülfəs Qarayev son illər ölkənin mədəni həyatında baş verən yeniliklərdən danışıb, Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladıb. Qeyd olunub ki, ölkəmizdə ənənəvi olaraq gerçəkləşən beynəlxalq layihələr eyni zamanda Azərbaycana olan inamın göstəricisidir. Nazir Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının da ənənəyə çevrilməsindən məmnunluğunu ifadə edərək budəfəki sərginin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğunu vurğulayıb. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31