Merilin Monronun fotoları fantastik qiymətə satıldı

Əfsanəvi aktrisa Merilin Monronun ölümündən bir neçə həftə öncə çəkdirdiyi 10 ədəd foto "Freemans" hərracında 41 min dollara satılıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Hollivud ikonasının həmin fotoları Bert Ştern tərəfindən "Vogue" jurnalı üçün çəkilmişdi. Çəkilişlər 1962-ci ildə Kaliforniyadakı Bel-Air mehmanxanasında baş tutub.

Ekspertlər fotoların hər birinin qiymətini 10 min dollar dəyərində qiymətləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31