“Tural gəlib restorana, hesabını mən vermişəm”

“Evimi də satıb bu layihəni reallaşdıracağam”

"Jurnalistlərdən heç biri Turala sual vermir ki, belə film yoxdursa niyə Oksana ilə "Acıtan Yürek" loqosu olan şəkli paylaşırsan. O bizim layihəyə gələn gündən Facebook-da müxtəlif iştirakçılara lağ etməyə başladı. Layihə direktoru olaraq Turala zəng edib demişəm ki, onlar da sənin kimi bir iştirakçıdı, nə olsun ki, tanınan sima deyillər". Bu sözləri "OLAYLAR" İA-ya verdiyi EKSKLÜZİV açıqlamasında "Acıtan Yürek" serialının layihə direktoru Günel Abdullayeva deyib. Tural Ozanın valideynləri tərəfindən qızışdırıldığını iddia edən layihə rəhbəri haqqında səsləndirilən iddialara da cavab verib: "O, hər yerdə mənim iştirakçılara görə nə qədər pul aldığımı deyir. Biz o qədər səviyyəsiz deyilik ki, Oksanaya ya Turala cavab verək. Oksana başqa bir filmə çəkildiyi üçün layihədən uzaqlaşdırılacağını dəqiq bilirdi. O qadının heç nömrəsi belə məndə yoxdu. Cansu Kırdakla da bağlı müxtəlif fikirlər səsləndirir. Digər mənbələrə daxil olaraq Cansu xanımın verdiyi açıqlamaları heç olmasa izləsinlər". Layihə rəhbəri "Plyus-Minus"un müxbiri kimi tanınan Turaz Ozanın onun haqqında səsləndirdiyi fikirlərə sərt münasibət billdirib: "Heç kəsin çörəyini yeməmişəm. Mənə yaraşmaz ki, 22-23 yaşlı uşaqla dilləşim. Tural yazıb ki, məndən şikayət edəcək. Kimdən mən 10 min almışamsa, getsin şikayət eləsin. Turaldan qabaq mən özüm məhkəməyə müraciət edəcəyəm. Susuramsa o demək deyil ki, mən avamam. Tural gəlib restorana, hesabını mən vermişəm. Tural yaxşı kişi idisə öz hesabını ödəyərdi. Mənim maddiyatım da Turaldan yüksəkdi. Tural borcum var, kreditim var deyib məndən pul istəyib. Məndə demişəm ki, layihəyə daxil edilənədək sponsorlardan borc ala bilməz. Başqalarına müraciət edərək məni polisə vermək istəyib. Bakıdayam, o hamıya deyib ki, guya Almaniyaya qaçmışam...O deyirdi ki, guya mətbuat konfransından sonra bütün jurnalistlər mənə qarşı çıxacaq. Hamı sussun, heç kəsin əlində əsas yoxdu. Filmi özüm üçün çəkirəm. Hamı dilini yığsın. Heç kəsi alçaltmaq lazım deyil. Sizi siz eləyən bu dövlətdi. Statusunda yazıb ki, bura Azərbaycandı. Nə olub ki, Azərbaycana". Günel Abdullayeva layihədə adı hallanan bir sıra türkiyəli tanınmışlar haqda səslənən dedi-qodulara da münasibət bildirib: "Mediada Can Atəşin də adı səslənir. Tələbəlik vaxtlarından onunla tanışlığım var. O nə Türkiyə, nə də ki yerli mediada adının hallanmasını istəmir. Məşhurların bəziləri media ilə görüşməyə imkan yaratsa da bir çoxları bundan imtina edir. Filmin sauntrekini səsləndirən Nilufər də media ilə təmasdan imtina etmişdi". Layihə rəhbəri iştirakçılarla müqavilələrin bağlanmadığını deyərək bunun səbəbini isə belə izah edib: "Biz müqavilə imzalaya bilərdik. Amma pavilyon qurduqdan sonra çəkiliş gecikdikdə müqavilənin tələblərinə görə pul ödəməli olacaqdıq. Bu da bizə maddi mənada zərbə vurduğu üçün iştirakçılarla öncədən müqavilə bağlamadıq. Onlara məşqlər başladıqdan sonra müqavilələrin imzalanacağını dedik". Şəxsi həyatı ilə gündəmə gəlmək niyyətində olmadığını deyən G.Abdullayeva virtual aləmdən də məhz bu səbəbə görə kənar olduğunu söyləyib: "Şəxsi həyatla gündəmə gəlməyə nə var ki. Bu gün saxta toy edib gündəm qazana bilərəm. Mən bunu etməmişəm, çünki buna ehtiyacım yoxdu. Şəxsi həyatımın müzakirəsinə də imkan vermərəm. Kimsə həyat yoldaşım, şəxsi həyatım haqda danışa da bilməz. Lazım olsa Avropa Məhkəməsinə də üz tutaram. Şəxsi həyatıma görə virtual aləmdə yoxam. Buna görə ailəmi, evimi dağıdası deyiləm ki. Həyat yoldaşım istəmir ki, mən sosial şəbəkədə olum". İşinin uğurlu ya uğursuz olmasından asılı olmayaraq bu layihəni reallaşdırmaqda qətiyyətli olduğunu deyən G.Abdullayeva lazım gələrsə başqa yollara da əl atacağını söyləyib: "İş adamıyam, işim uğurlu ya uğursuz alına bilər. Mən özümü öldürəcəyəm, amma haqqı sübut edəcəyəm. Evimi də satıb bu layihəni reallaşdıracağam. Nə olur-olsun "Acıtan Yürek"i yaşadacağam. Çünki insanlar mənə ümid bəsləyib. Ötən gün biz əsas heyətlə danışaraq qərara gəldik bu layihəni Azərbaycan-Türkiyə naminə gerçəkləşdirəcəyik. Amma seçki ərəfəsində layihənin fəaliyyətini müvəqqəti də olsa dayandırcağıq". G.Abdullayeva müəyyən məsrəflərə görə işitakçılardan az miqdarda məbləğ alındığını təsdiqləyir: "İştirakçılardan müəyyən şeylərə görə lazım olan məbləğ alınıb. Amma iştiakçıların sayının 500 olması ilə razılaşmıram. Filmdə çəkilmək üçün 145 nəfər bizə sənəd təqdim edib ki, biz də onlar arasından seçim etmişik".
 

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31