Zəlimxan Yaqub: “Mən donor axtarmıram”

Xalq şairi haqqında yazılanları təkzib etdi

"İnternet saytlarında barəmdə yayılan "ümidi donora qalıb", "donor tapılmır" kimi fikirlər yalnışdır." Bu barədə ANS PRESS-ə Aşıqlar Birliyin sədri, xalq şairi Zəlimxan Yaqub məlumat verib.

Haqqında yayımlanan yazılara münasibət bildirən şair bildirib ki, böyrəyinin dəyişdirilməsi ilə bağlı oktyabr ayında Almaniyaya gedəcək: "Özümü yaxşı hiss edirəm. Keçən ildən bu günə kimi böyrəyimin dəyişdirilməsi ilə bağlı müalicə alıram. Həkimlər bildirirlər ki, bədənimin yeni qoyulacaq böyrəyə uyğunlaşdırması üçün müalicə almağım vacibdir. Müalicəmin yekunu olaraq böyrəyimi dəyişdirmək üçün oktyabr ayında Almaniyanın Hannover şəhərinə gedəcəyəm. Vallah, "donor axtarıram, tapmıram" başlıqlı yazılar yalnışdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31