"Möhtəşəm yüz il" möhtəşəm qonaqlar

Milyonlarla izləyicilərin sevimli serialının yeni mövsümdə yeni aktyorlar səhnə alacaqlar

Milyonlarla izləyicilərin sevimli serialına çevrilən "Muhteşem yüzyıl"da yeni mövsümdə yeni aktyorlar səhnə alacaqlar. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sevilən aktrisa Berrak Tüzünataç da bu siyahıya daxildir. Gənc aktrisa Barbados Haytettin Paşanın qızı Mihrünnisəni canlandıracaq. Mihrünnisənin Şəhzadə Mustafayla eşq yaşayacağı söylənilir. Gənc qız ləqəblə yazdığı şerlərlə şəhzadənin diqqətini çəkəcək. Hürrəm Sultan isə ikisi arasında olan yasaq eşqi elində əsas tutaraq vaxtı gələndə istifadə edəcək.
Bir çox filmlərdə yer alan türk aktrisası Məltəm Cumbul da "Möhtəşəm Yüzyıl"a dəvət alıb. Məşhur aktrisa filmin 4-cü sezonunda, Sultan Suleymanın bacısı, Kara Ahmet Paşanın həyat yoldaşı Fatma Hatunu canlandırır.
Timur Savcın rejissorluqu ilə ərsəyə gələn bu filmdə yeni sezondan taxt üstündə müharibə başlayacaq.Bu rəqabətə qatılacaq yeni Şəhzadələrin adları keçən həftə artıq bəlli olub. Yeni serialada ,əhzadə Beyazatı Aras Bulut İynemli, Şəhzadə Səlimi isə Engin Öztürk canlandıracaq.
Hal-hazırda hər aktyorun xəyalına çevrilən film, 2011-ci ildən Türkiyə telekanallarından birində Türk televiziyasında tarixinə damğa vuran filmlərdən biri olaraq yayıma buraxıldı. Qanuni Sultan Suleyman ilə Hürrəm Sultanın münasibətlərini diqqət mərkəzində saxlayan film efirə getmədən qalmaqala səbəb olmuşdu. İlk seriası yayımlandıqından sonra isə həm tamaşaçıların izləmə, həm də reytinq rekordu vurdu.

Daha öncə heç kimin tanımadığı Məryəm Üzərli adlı gənc bir aktrisa da bu serialda Hürrəm sultanı canlandırmağı ilə bir anda şöhrət qazandı. Gərçək həyatda Halil Ergincin həyat yoldaşı olan Bergüzel Korelin də qonaq aktrisa olduqu serialarda gözəlliyi ilə göz qamaşdırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31