Memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində düşərgə təşkil olunacaq

18-25 sentyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə memarlıq və arxeoloji abidələrin bərpası, konservasiyası sahəsində düşərgənin təşkili nəzərdə tutulub.
Layihə çərçivəsində iştirakçılara Bakı və Quba şəhərlərində yerli və xarici mütəxəssislərin iştirakı ilə memarlıq və arxeoloji abidələrin bərpası, konservasiyası sahəsində təlimlər keçiriləcək, iştirakçılar "Xınalıq" tarix, memarlıq və etnoqrafiya qoruğunda, Abşeron yarımadası ərazisində arxeoloji qazıntılarda iştirak etmək imkanı əldə edəcək, son illər ərzində bərpa edilmiş və hazırda bərpası davam etdirilən tarix, mədəniyyət abidələrini ziyarət edəcək. Düşərgə yaşı 29-dək olan, mədəni irs və onun inkişafı ilə bağlı sahələr üzrə (memarlıq, arxeologiya, turizm, mədəniyyətşünaslıq və digərləri) ixtisaslaşan bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil alan və ya məzun olan gənclər üçün nəzərdə tutulub. İştirakçıların seçimi müsahibə əsasında həyata keçiriləcək. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31