TRT türk dünyasının sənətçilərini "Türkvizion" festivalında bir araya gətirəcək

Bu il sayca dördüncü dəfə təşkil olunacaq "Türkvizion" festivalında Orta Asiyanın və Balkanların 21 ölkəsi iştirak edəcək. Azərbaycanı festivalda müğənni Tünzalə Ağayeva təmsil edəcək. Bunu TRT-nin Bakı təmsilçiliyindən məlumat veriiblər.
Məlumatda bildirilir ki, sentyabrın 11-də Türkiyənin Dənizli şəhərində təşkil olunacaq "Türkvizion" festivalı türk dilində danışan ölkələrin sənətçilərini bir yerə toplayacaq. Dörd gün davam edəcək festivalda sənətçilər konsert proqramları ilə çıxış edəcəklər.
TRT-nin Baş direktoru İbrahim Şahinin sözlərinə görə, festivalın şüarı "Bir dil, bir ürək" olacaq və bu tədbir eləcə də xalqların bir-birlərini tanımalarında, onların arasında dostluq bağlarının meydana gəlməsində və mədəniyyətlərin tanıdılmasında böyük rol oynayacaq.
TRT-nin Bakı nümayəndəsi Yüksəl Dəğercanın verdiyi məlumata gorə, festivalda Bosniya və Herseqovina, Çinin Sinczyan-Uyğur Muxtar Vilayəti daxil olmaqla 21 ölkə iştirak edəcək.
Festival sentyabrın 14-də Bakı vaxtı ilə saat 23.00-da TRT Avaz və TRT Müzik kanalları və Azərbaycanın İctimai Televiziyası 14 ölkədə canlı yayımlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31