Məşhur aktyorun üzü parçalandı
Yaraşıqlı aktyor Berk Oktay ötən gün bədbəxt hadisə yaşayıb
9 Sentyabr 2013 20:22 MədəniyyətEvində saxladığı və agressivlikləri ilə tanınan Rottveiler cins iti ilə oynayarkən birdən itin hücumuna məruz qalıb. Belə ki, it onun üzünü dişləyib. Qan içində qalan aktyor yaxınlarının ilkin müdaxiləsindən sonra təcili olaraq xəstəxanaya aparılıb və üzünə 35 tikiş atılıb. Yaşanan hadisəyə görə serial çəkilişlərinə bir həftə ara verilib. Başına gələn hadisənin mətbuata əks olunmağını istəməyən Oktay Tvitter hesabından "Nəzər" yazaraq paylaşıb. Bir müddət istirahət edəndən sonra aktyor çəkilişlərə davam edəcək. Lakin onu əsasən yan profildən görmək mümkün olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31