Beren Saat yaralandı
9 Sentyabr 2013 20:12 MədəniyyətTürkiyənin məşhur aktrisalarından biri, "İntikam" serialında baş rol olan Yağmur obrazını canlandıran aktrisa Beren Saat yaralanıb. Milli.Az AHT-yə istinadən bildirir ki, ssenariyə uyğun olaraq B.Saat suya dalmalı idi. Bu səhnə çəkilərkən aktrisa sağ əlini yaralayıb. Dərhal xəstəxanaya aparılan Beren Saatın sağ əlinə sarğı qoyulub. Həmin gün serialda baş rollardan birində oynayan aktyor Necati İşler də "İntikam"dan ayrıldığı üçün dünən çəkiliş meydançasında istirahət günü elan olunub. Necati İşlərin oynadığı Rüzgar roluna bundan sonra Yigit Özşener çəkiləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31