Ruhi: "Arzu edərdim ki, oğlanlarım ağılda, savadda, bacarıqda atalarına oxşasınlar"
"Oğlan uşaqlarıdır, atalarına oxşamaları daha yaxşıdır"
9 Sentyabr 2013 14:36 Mədəniyyətİfaçılıq sənəti ilə vidalaşıb, biznes-ledi olan Ruhi əkizləri Məhəmməd və Həsənin atalarına oxşamaları çox istəyir. ANS PRESS-in məlumatına görə, Ruhi qafqazinfo-ya müsahibəsində, övladlarının ona oxşamamasından narahat olmadığını etiraf edib: "Hamı onları daha çox atalarına oxşadır...Mənə oxşamadılar (gülümsünür)... Görənlər, qohum-əqraba Həsənin atasına daha çox oxşadığını bildirilər. Mən isə Məhəmmədi atasına daha çox oxşadıram. Sadəcə Məhəmmədin sarışın olmağı görənləri ilk baxışda aldadır. Amma baxışlarına, sifət ciziləriniə və sairə görə Məhəmməd daha çox atasına oxşayır. Elə uşaqları bir-neçə dəfə görən, diqqətlə baxanlar da bunu təsdiqləyir.
Oğlan uşaqlarıdır, atalarına oxşamaları daha yaxşıdır. Mən arzu edərdim ki, yalnız sifətdən, zahiri baxımdan deyil, həm də ağılda, savadda, bacarıqda atalarına oxşasınlar. Hansı ana istəməz ki, övladları ataları kimi savadlı alim, bacarıqlı iş adamı olmasın. İnşallah belə də olar. Atalar deyib, ot kökü üstə bitər. Onların gələcəkdə atalarının fəxr edəcəyi bir övlad kimi yetişməsi üçün ana kimi nə lazımdırsa etməyə çalışacam."