Hamilə Demet Akalın təxirə salınan Bakı konsertindən danışdı
İfaçı Bakını görməyə tələsir
9 Sentyabr 2013 11:13 Mədəniyyət"Bakıya gəlməyi çox istəyirdim. Bütün konsert heyyətimlə tezliklə Bakıda olacam." Bu sözləri məşhur türk sənətçisi Demet Akalın Twitter səhifəsində yazıb.ANS PRESS-in məlumatına görə, Demet Akalın çoxdandır Bakıya gəlmək arzusunda olduğunu bildirib: "Hər kəsi Heydər Əliyev Sarayında baş tutacaq konsertimə dəvət edirəm. Konsertə çox yaxşı hazırlaşmışam. Bakını görmək çoxdankı arzum idi. Nəhayət arzuma çatacam."Həyat Yoldaşı Okan Kurtdan 4 aylıq hamilə olan Demet Akalın, uşağının cinsiyyətini öyrənmək üçün getdiyi xəstəxanadan aldığı cavabı da öz Twitter səhifəsində fanatları ilə belə bölüşüb: "Ufaklık kəndini göstermiyor."Qeyd edək ki, 3 gün öncə yerli mətbuatda Demet Akalının Bakı konserti təxirə düşdüyü barədə məlumatlar yer almışdı.Konsertin təşkilatçısı şairə Günel Sərdarqızı məsələyə aydınlıq gətirib: "Bu işlərdə qarşı tərəflə bağlı heç bir problem yox idi. Bizdə olan bəzi səbəblərə görə təxirə salmaq məcburiyyətində qaldıq. Konsert sentyabrın 21-də baş tutmalı idi. Amma Demetin Bakıya gəlişi ya gələn ay, ya da yeni il ərəfəsinə planlaşdırılır" - deyə bildirib.