Günel: “Tural mənim səviyyəmə uyğun insan deyil”

"Acıtan Yürek" filminin layihə rəhbəri Günel Abdullayeva Tural Ozan və Oksananın söylədiklərinə "OLAYLAR" vasitəsi ilə cavab verdi: "Layihənin rəhbəri olaraq bir sıra məsələlərə aydınlıq gətirmək istəyirəm. Hər zaman iki qardaş ölkənin birgə layihəsini həyata keçirtməyi düşünmüşəm. Nəhayət bir sıra çətinlikləri adlayaraq Cansu Kırdak ilə film çəkməyi qərarlaşdırdıq. Filmin əsas özəlliyi isə tanınmayan şəxslərin bu ekran əsərində rol alması idi. İyunun əvvəllərində artıq filmin çəkilişləri ilə bağlı məlumat yaymağa başladıq. Tural da belə bir layihədən xəbər tutaraq filmdə çəkilmək istədiyini dedi. Ona sponsorlarla birgə məsləhətləşmələr aparmadan qərar verə bilməyəcəyimi bildirdim. Turala dedik ki xanım iştirakçıları da layihəyə cəlb edə bilərsə filmdə qala bilər. O da bizə Oksananı təklif etdi. Oksananı mən dəvət etməmişdim. Nə Turalla, nə də ki Oksana ilə müqavilə də bağlamamışıq. Bundan başqa Turala dəfələrlə xəbərdarlıq etmişəm ki, səhifəsindəki pornoqrafik şəkilləri silsin. Bu bizim layihəmizə ziddir". Layihə rəhbəri Nilufərin Bakı səfəri haqda yayılan söz-söhbətlər haqda da danışıb: "Nilufərin Bakıya gəlib-gəlməyəcəyi haqda da söz-söhbətlər dolaşdı. Həmin gün Tural bütün Bakını bir-birinə vurmuşdu ki, Nilufər Bakıya gəlməyib. Yenidən bütün media orqanlarına məlumat verərək Nilufərin Bakıda olduğunu demişəm". G.Abdullayev "Acıtan Yürek"lə bağlı mətbuat konfranslarını təxirə salınmasının səbəbləri haqda danışaraq bunu səhhətində yaranan problemlərlə əlaqəli olduğunu deyib: "Keçiriləcək mətbuat konfranslarını təxirə salmağa isə əsaslı səbəblər olub. Əməliyyatdan çıxmış vəziyyətdə konfrans keçirtməyi düşünmədim. Həyat yoldaşım da mənə belə vəziyyətdə konfrans təşkil etməyə icazə vermədi". Bu haqda açıqlamanı sizin saytla yanaşı yalnız iki media orqanına vermişəm. Başqa media orqanlarına danışmaq fikrim də yoxdu. Çünki Tural mənim səviyyəmə uyğun insan deyil". P.S. Daha ətraflı növbəti sayımızda



 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31