Rəqsanə: “Cinayət məcəlləsi”ni artıq əzbər bilirəm"
"Başıma gələnlərdən artıq hüquqşünas dərəcəsinə çatmışam"
6 Sentyabr 2013 20:30 MədəniyyətPopulyar müğənni Rəqsanə İsmayılovanın ANS PRESS-ə müsahibəsi:
-Rəqsanə xanım, ilk diqqətimizi çəkən əlinizin sarığlı olması oldu. Nə baş verib?
-Elə bir böyük hadisə baş verməyib, sadəcə əlimi bıçaqla zədələmişəm.
-Təbrik edirik tələbə adını qazanmısınız.
-Bəli, universitetə daxil olmuşam. Moskvada hüquq fakultəsində təhsil alacam.
-Bəs nəyə görə məhs hüquq?
-Oyy, bu çox maraqlı sualdır. Başıma gələnlərdən artıq hüquqşunas dərəcəsinə çatmışam. Sizi inandırım ki, "Cinayət məcəlləsi" kitabını artıq əzbər bilirəm. Bu peşəyə marağım çoxdur və ona görə də məhs bunu seçdim.
-Bildiyimizə görə qızınız Aysun da imtahandan keçib.
-Bəli, o da daxil olub. Amma o, Kooperasiya kollecinə. Aysun orta məktəbin 9 illik təhsili oxuduğuna görə ali məktəbə sənəd verə bilməzdi. Oranı bitirdikdən sonra həmin kollecin Kooperasiya universitetində ali təhsil alacaq.
-Belə bir söz eşitmişik ki, həbsxanada olan məhkumlara mahnı həsr etmisiz. Doğrudurmu?
-Bəli, doğrudur. Həm həbsdə olanlara, həm də Vətənimizin qulluğunda duran əsgərlərimizə mahnı bəstələmişəm. Sözləri və musiqisi özümə aiddir.
-Yeni nə kimi lahiyələr var?
-Azərbaycanda "Bivəfa" mahnısı ilə tanındım. İstiyirəm Türkiyədə də məni o mahnı ilə tanısınlar, ona görə də "Bivəfa"nı yenidən aranjeman edəcəyik və hətta üç formada oxuyacam, klip belə çəkdirəcəyik. Bunlar hamısı Türkiyədə baş verəcək.
-Bəs konsert vermək varmı planınızda?
-İnşAllah qismət olsa dekabr ayında konsert verməyi planlaşdırıram.
-Əvvəl deyirdiniz ki, Rusiyada yaşayan Gürcüstan vətəndaşı ilə nişanlısız. Sonra isə Türkiyə vətəndaşına ərə getdiyinizi yazdılar. Ailə qurduğunuz insan hansıdır?
-Rusiyada yaşayan gürcüstanlıya ərə getmişəm. Biz bir birimizi çox sevirik. O, mənə çox dayaq oldu çətin günlərimdə, hər zaman yanımda olub.
-Sizin barənizdə hər yerdə yazırdılar ki, axtarışdasınız və nələr-nələr... Sizcə bu təxribat kim tərəfdən olurdu?
-Bilirsinizmi, mən bu barədə artıq danışmaq istəmirəm. Bezmişəm bu söz söhbətdən. O ki qaldı kim tərəfdən yayılıb şayələr? Məncə bunu artıq hamı bilir. Mənim deməyimə ehtiyac yoxdur. Ən əsası odur ki, mən vətənimdəyəm, sağ-salamatam, mənə heç nə olmayıb. Demək ki, bütün bunlar yalan idi... (gülümsəyir).
-Aysun bu yaxınlarda özünün yeni geyim kolleksiyasını üzə çıxaracaq. Bu barədə nə deyə bilərsiniz?
-Qızım bunun baş verməsini çox istəyir və səbirsizliklə gözləyir. Allahın köməkliyi ilə də bunu edəcəyik.
-Bəs bu dəfilədə kimlərin iştirakı nəzərdə tutulub?
-Bu barədə məncə siz Aysunun özü ilə danışın. O, sizə daha ətraflı məlumat verəcək, mən bir bunu deyə bilərəm ki, Tolik ilə birlikdə nəsə möhtəşəm bir gecə planlaşdırırlar.