Aparıcı “Acıtan Yürek”i ifşa etdi
6 Sentyabr 2013 15:31 MədəniyyətBu haqda teleaparıcı Tural Ozan "OLAYLAR"a verdiyi açıqlamasında deyib: "Bir neçə ay bundan öncə baş rolda çəkilmək üçün Oksana xanımla mənə təklif gəldi. Təklifi dəyərləndirərək, serialda çəkilməyə razı olduğumuzu bildirdik. Bizə serialın əsas rejissorunun Cansu Kırdak olduğu söylənildi. Türkiyədə çox tanındığı iddia edilən rejissorun adını Google-da yazdıqda isə haqqında heç bir məlumat əldə etmədik. Yalnız serialla bağlı yerli saytlarda yazılan xəbərlərdə onun adını görmək mümkündür". Tural Ozanın çəkiliş heyəti tərəfindən verilən vədə görə filmdə türkiyənin tanınmış siması olan aktyorların da rol alacağınnı söylənildiyini deyib: "Filmdə mənimlə yanaşı rol alacağı iddia edilən "Kaybolan Yıllar"ın aktyoru Saruhan Unel isə ümumiyyətlə belə bir rejissoru tanımadıqlarını deyib. Məryəm Üzərlinin keçmiş nişanlısı da yayılan məlumatları inkar edib". Baş rola görə Oksana ilə ona pul təklif edildiyini söyləyən aparıcı öncədən onlara heç bir məbləğin ödənilmıdiyini deyib: "Baş rola görə bizə pul təklif etdilər. 15 min manat veriləcəyi söylənildi. Öncədən məbləğin müəyyən hissəsini əldə etmək istədik. Layihə rəhbəri bizə bu məbləği çəkilişlərin başlanmasından bir həftə öncə veriləcəyini dedi". Aparıcı bu cür yalan vədlərin piar məqsədi daşıdığını iddia edir: "Bütün bunlar piar məqsədi daşıyan addımlardı. Baş rolda Oksana xanımla mənim rol alacağım açıqlananadək serial haqda geniş məlumatlar dərc olunmamışdı. Yalnız bizim vasitəmizlə serial haqda geniş məlumat yayıldı". Onlardan piar məqsədi ilə istifadə edildiyini iddia edən aparıcı iştirakçılardan da 100 manata yaxın pul alındığını söyləyib: "Bizə çəkliş üçün iştirakçılardan 100 manata yaxın pul əldə edildiyi məlum olub. İştirakçıların sayının 500-600 olacağını düşündükdə isə bu məbləğin nə qədər olacağını təsəvvür edin".
Filmlə bağlı hər zaman bir şəxslə əlaqədə olduqlarını deyən aparıcı dəymiş zərərə görə təzminat tələb edəcəklərini də söyləyib: "Filmlə bağlı layihə rəhbəri Günel Abdullayeva ilə əlaqə saxlayırdıq. Həm mənim, həm də Oksana xanımın yeni layihələri olduğu üçün filmin çəkilişlərinin başlayaraq qısa zaman kəsiyində yekunlaşmasını gözləyirdik. Aylar keçsə də kastinqlər hələ də davam edirdi. Bütün bunlara görə iddia qaldıraraq dəyən zərərin ödənilməsini tələb edəcəyik.Bu işdə bizdən sui-istifadə etdiklərinə və xuliqanlıq əməlinə görə lazım olan təzminatı tələb edəcəyik". Ümumiyyətlə, filmlə bağlı heç bir sənəd yoxdur. Bu gün kimsə Günel Abdullayevadan filmlə bağlı sənədlər tələb etsə o heç nə göstərə bilməyəcək". Filmlə bağlı heç bir sənədin olmadığını deyən Tural bundan sonra adlarının "Acıtan Yürek"lə birgə hallanmasını istəmədiyini də vurğulayıb: "Acıtan Yürek" yalan layihədir. Adımızın bundan sonra bu filmlə hallanmasını istəmirik".
Nigar Məhərrəm