“Mahmud və Məryəm” filminin təqdimatı olacaq

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, sentyabrın 26-da Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyənin birgə istehsalı olan, Xalq Yazıçısı Elçin Əfəndiyevin "Mahmud və Məryəm" romanı əsasında çəkilən eyniadlı filmin təqdimatı olacaq.
İki gəncin nakam məhəbbətindən bəhs edən filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri isə Sevda Kayğısızdı. Türkiyənin "24 Kare" şirkəti və Azərbaycanın "Salnamə" studiyası tərəfindən ekranlaşdırılan filmdə Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Çəkilişlərinə Şəki şəhərində start verilən ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıblar.
Türkiyədən filmin yaradıcı heyətinin də iştirak edəcəyi təqdimatın ertəsi günündən başlayaraq film Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31