“Həkim mənə dedi ki, 4 ay ömrün qalıb”

“İnsan həyatda istər pis, istərsə də yaxşı arzuladığı nə varsa, hər şeyi cəlb edir. Mən də bir dəfə elə şok yaşadım ki...”.

Axşam.az-ın məlumatına görə, bu haqda açıqlamanı xalq artisti Zülfiyyə Xanbabayeva "ATV Maqazin" dərgisinə müsahibəsində deyib.
Müğənni həkimlərin ona səhv diaqnoz qoyduqlarından söz açıb: "Bir müddət əvvəl ağlıma yalnız bir fikir gəlirdi: xəstələnəcəm və mənə mütləq nəsə olacaq. Bir gün həkimə getdim və diaqnoz qoydular: sənin dörd ay ömrün qalıb. Üç gün necə yaşadım onu bir Allah bildi. Dördüncü gün həkim zəng vurdu və üzr istədi: Zülfiyyə xanım bağışlayın səhv olub. O an düşündüm ki, bu diaqnoz mənim təxəyyülümün nəticəsi olub. Bu xəbərdən sonra uzun müddət özümə gələ bilmirdim. Depressiyaya tez-tez düşürəm. Hamiləlik vaxtıda bu cür hallar yaşayırdım. Hətta psixoloq yanına da getdim. Yenə də nəticədə özüm xilas oldum. Əgər yaradıcı insan depressiyaya düşmürsə, onda nəsə anormallıq var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31