Nizami Gəncəvinin əsərlərini əks etdirən sərgi keçirilib
5 Sentyabr 2013 16:26 MədəniyyətDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə təşkil olunan "Ali Səviyyədə Görüş" çərçivəsində Azərbaycanın böyük şairi Nizami Gəncəvinin əsərlərini əks etdirən rəsm sərgisi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Nizaminin "Xəmsə"inin əlyazmaları yə miniatürlər nümayiş etdirilib, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldinin N.Gəncəviyə həsr etdiyi "Böyük mütəfəkkirin poeziyası" kitabının və DVD mühazirənin təqdimatı olub.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü Nazim İbrahimov son illər ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirib. Dövlət Komitəsinin sədri bildirib ki, bu tədbirlər dövlət başçısı İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində reallaşır. Nazim İbrahimov Azərbaycanın böyük şairi Nizami Gəncəvi irisinin təkcə ölkəmizdə deyil, sərhədlərimizdən kənarda da böyük maraqla öyrənilməsinin qürurverici olduğunu deyib: Nizami irsinin yüksək səviyyədə təbliğinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin dünya mədəniyyətinin əfsanəsi, insanlığın ən uca zirvəsinə yüksələn, ən dəyərli əsərlərinin yaradıcısı olan Nizami Gəncəvinin təkcə Azərbaycan ədəbiyyatının inkişafında deyil, eyni zamanda, dünya mədəniyyətinin inkişafında böyük rol oynadığını diqqətə çatdırıb.