Yaponiya telekanallarında Azərbaycanın turizm imkanları nümayiş olunub

"OLAYLAR"ın Azərbaycan Respublikasının  Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumatına görə, nazirliyinin Yaponiyanın "İshii Brothers" şirkəti ilə əməkdaşlığı çərçivəsində yapon jurnalistlər tərəfindən Azərbaycanın turizm imkanlarına həsr olunan bir saatlıq televiziya proqramı hazırlanaraq bu ölkənin "Sky Perfect TV" kanalında nümayiş olunub.  Bundan əlavə, qeyd olunan proqram bu ay ərzində Yaponiyanın ən məşhur telekanallarından biri olan "Niconiko Doga"da və internet televiziyalarında da yayımlanacaq. Qeyd edək ki, "İshii Brothers" şirkəti ilə əməkdaşlığın davamı olaraq, yapon dilində Azərbaycana dair bələdçi kitabının hazırlanması işlərinə də başlanılıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31