“Ana olmaq istəmirəm”
5 Sentyabr 2013 14:06 Mədəniyyət"Yeni obrazlar "İntikam"serialını daha maraqlı edəcək". "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kanal D" sevilən serialı "İntiqam"ın Şahikası Arzu Gamze Kılınç serialın yeni mövsümü haqqında danışıb: "Şahikanın ölüb-ölmədiyi hələ ki, sirdir. Mövsümün ilk hissəsində nələr olacağını hamımız birlikdə görəcəyik. Şahikanın başına hər şey gələ bilər. O, ölsə də, o biri dünyadan hadisələrə müdaxilə edər. Yeni mövsümdə çox gözəl hekayələr olacaq".
Aktrisa seriala yeni qoşulan oyunçuları bəyəndiyini bildirib: "Yeni mövsümdə seriala çox gözəl, istedadlı oyunçular qoşuldu. Yeni xarakterlər var, onlar seriala maraq qatacaq. Onu deyə bilərəm ki, hadisələr yeni gələn xarakterlərlə dolaşıq hala düşəcək. Daha əvvəl onlarla işləməmişəm, amma hamısı bəyəndiyim insanlardır. Onları izləmək üçün səbrsizlənirəm". Serialda bir ananı canlandıran aktrisa uşaq həsrəti çəkmədiyini bildirib:
"Ana obrazını oynamaq üçün mütləq ana olmaq lazım deyil. Uşaq həsrəti çəkmirəm, ana olmaq istəmirəm. Bu mövzuda pis bir nümunə ola bilərəm".