Əbülfəs Qarayev Koreyanın televiziya rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Koreya Respublikasının "Arirang" Televiziya və Radio şirkətinin prezidenti və icraçı direktoru Sohn Jie-Ae arasında görüş keçirilib. Nazirliyin məlumatına görə,
görüşdə "Arirang" Televiziya və Radio şirkətinin Xəbərlər departamentinin müdiri Kim Joong Shik, Koreya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Choi Suk-inn iştirak ediblər.
Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı, Koreya və Azərbaycanın mədəniyyət və turizm potensialının qarşılıqlı şəkildə mədiada işıqlandırılması və iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşün sonunda müzakirə olunan məsələlərin konkret layihə şəklində hazırlanaraq mübadilə olunması barədə razılığa gəlinib. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31