Rusiyanın məşhur qrupu Bakıda yayın son gecəsini keçirəcək

Rusiyanın məşhur, 3 cazibədar qızdan ibarət "Serebro" qrupu Bakıya gəlir. Bu haqda ...-a konsertin təşkilatçısı, "A plus production"un rəhbəri Əli Hüseynov məlumat verib. Onun sözlərinə görə, qrupun konserti 14 sentyabr Bakının "Jumeirah Bigh Hotel"ində baş tutacaq. Konsertdə DJ-lər Çina və Ruazla yanaşı "Yeni ulduz" müsabiqəsinin eləcə də  "Eurovision" Milli seçim turunun iştirakçısı Ülvi Rəşidov də çıxış edəcək. "Uzun zamandır bu qrupu gətiməyi düşünürdüm. Axır ki konsertin əsas təşkilatçılarından biri olan Elşən Səfərovla qərara gəldik. Sürprizlə dolu gecə vəd edirik. Yayın ən son partlayışı məhz bu konsert olacaq"-deyə Əli Hüseynov əlavə edib.

Qeyd edək ki, 20:00-da başlayacaq knsertin təşkilatı dəstəyi "KKM  production"a məxsusdur. OLAYLAR İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31