Cenifer Lopezin makiyajsız FOTOsu
Müğənni layihələrdən birində juri qismində iştirakı qəbul etdiyinə görə 17,5 milyon dollar qonorar qazanıb
4 Sentyabr 2013 20:56 MədəniyyətSon zamanlar yeni sevgilisi ilə görünən Jenifer Lopez bu dəfə makiyajsız üzə çıxdı. ANS PRESS-in məlumatına görə, ulduz müğənni gəzinti üçün, mağazalarda alış-veriş edərkən rahatlıqla adi gündəlik geyimdə və makiyajsız cəmiyyət arasına cıxır. Paparazzilər müğənnini Los Ancelsdə ticarət mərkəzlərindən birində şopinq edərkən görüntüləyiblər. Bu vaxt 5 yaşlı qızı Emma da Jenifer ilə birlikdə gəzintidə olub. Əsmər və hamar dərisi 44 yaşlı ifaçıya imkan verir ki, o, hətta kirşansız və dodaq boyasız üzə çıxsın. Bu halıyla belə xanım cazibədar görünüb. Özünün "casual" obrazını JLO tünd eynək, iri sırğa və üzüklərlə tamamlayıb.
Qeyd edək ki, Jenifer Lopez bu yaxınlarda Amerikan tele-şousu olan "American idol" adlı layihədə juri qismində iştirakı qəbul etdiyinə görə 17,5 milyon dollar qonorar qazanıb.
ABŞ-ın pop-estrada ulduzu Lopez qırmızı xalça üzərinə heyrətamiz, orijinal geyimdə çıxaraq hər kəsi heyrətləndirir.