Anjelina Coli evlənmək istəməməsinin səbəbini açıqlayıb

Rejissorluq etdiyi ikinci filmi üzərində çalışır

Artıq neçə ildir ki, Ancelina Coli və Bred Pit birlikdə yaşayırlar. Cütlük çox sayda kimsəsiz uşaqları övladlığa götürmələri ilə məşhurlara örnək olublar. Amma hamını maraqlandıran bir sual isə nəyə görə hələ də toy etməmələridir?
ANS PRESS-in məlumatına görə Anjelina Coli verdiyi müsahibə zamanı bildirib ki, indi gelinlik paltarı geyinməyəheç vaxtı yoxdur. Aktrisa Bred Pittlə toya hazırlaşmaq əvəzinə bütün vaxtını iş qrafikinə həsr edib. Hal hazırda yeni "Unutulmayan" filmi üzərində çalışdığını bildirib.

Təəcüblü deyil ki, Coli toyun ləğv olunmasına başlıca səbəb kimi hər ikisinin məşqul olmasını göstərib. Aktrisa qeyd edib ki, yaxınlarda özünün rejissorluq etdiyi ikinci filmi üzərində çalışır və bu film onun üçün çox dəyərlidir. Bredin isə onu başa düşdüyünə görə çox xoşbəxt olduğunuda söyləyib və nə vaxtsa mütləq evlənəcəklərini bildirib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31