Kıvançın yeni mələyi

Aktyor Victoria Secretin modellərindən biri ilə podiuma çıxacaq

Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ yeni reklam çarxına çəkilir. Aktyor bu reklamda Victoria's Secretin modellərindən olan, Leonardo DiCaprio'nun keçmiş sevgilisi Barbara Pavlinlə kamera qarşısına çıxacaq. Konsept isə hələ də sirr olaraq saxlanılır.
Bundan öncə isə yaraşıqlı aktyor Sara Sampaio və Francisco Lachwski kimi gözəl modellərlə reklamlara çəkilib. Pavlinlə birlikdə olacaq reklam filminin çəkilişlərinin Türkiyədə reallaşacağı deyilir. Sponsorluq edən şirkətin qaydalarına əsasən reklamın məzmunu gizli olaraq saxlanılır.
Kıvanç xeyli vaxtdır ki, başka bir kompaniyada birlikdə çəkildikləri Fransız gözəli Florence Euegene ilə eşq yaşayır.
2006-cı ildə 13 yaşında keşf edilən Pavlin isə bu günə qədər Prada, Louis Vuittn, Miu Miu,Vivienne Westwood və Chanel kimi məşhur markaların dəfilələrində podiuma çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31