Məşhurların boyları neçə sm-dir?

Sevilən tanınmışlar haqqında bilmədiklərimiz

Oxucularımızı nəzərə alaraq çalışırıq hər dəfə məşhurlar haqqında bir mövzu hazırlayaq,sizin nəzərinizə çatdıraq. Bu dəfə də ANS PRESS pərəstiş etdiyiniz məşhurların boylarının neçə sm olduğunu sizə təqdim edir.

Məşhur adları adları hər zaman heyranlıqla izləyirik. Sevsək də sevməsək də hamısı ilə maraqlanıb və neçə yaşadıqları barədə düşünürük. Ən çox da qadın sənətçiları barədə! Görəsən çəkisi nə qədərdir? Boyu neçədir? Pəhriz saxlayırmı?

Bəs siz heç bilirdinizmi ki, ən qısa boylu qadınlar arasında sevdiyiniz Türk aktrisaları Pelin Karahan və Nurgül Yeşilçaydır?

Azərbaycanda daha çox Hürrəm Sultan kimi tanınan və sevilən Meryem Üzerliin boyu 1.72 sm, "Bu gün nə geysem" verlişində juri qismində iştirak edən gözəl model Çağla Şikel - 1.82, gənc qızların sevimlisi türk aktyoru Kenan İmirzalıoğlu - 1.89, pop ulduz Hadisə 1.65 sm, hamilə olduğunu elan edən Demet Akalının 1.73, Behlül obrazı ilə yaddaşlarda qalan model və aktyor kimi tanınan Kıvanç Tatlıtuğ 1.88, "1001 gecə" serialında yaratdığı Şəhrizad obrazına görə sevilən Bergüzar Korelinki 1.82, Kıvanç Tatlıtuğun 7 illik keçmiş sevgilisi, Türkiyədə model kimi fəaliyyət göstərən Azra Akın boyu isə 1.77 sm-dir.

Uzunboylular arasında həmçinin şoumen, aktyor Beyazıt Öztürk (1.84 sm), "Atletiko Madrid" klubunun oyunçusu Arda Turanın sevgilisi və gənc istedadlı aktrisa Sinem Kobal (1.69 sm) da var. Nisbətən qısa boylular isə bunlardır: pop ifaçı Gülşən (1.61 sm), aktrisa Nurgül Yeşilçay (1.60 sm), Kenan Doğulunun sevgilisi, aktrisa Beren Saat (1.64 sm) və
Pelin Karahan (1.60 sm).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31