Demet Akalın ana olacaq?

Müğənni xoş xəbəri "Twitter"də paylaşıb

Demet Akalının hamilə olduğu barədə məlumatlar yayılıb. Keçən il Okan Kurt ilə ailə həyatı quran və hər fürsətdə övlad arzusunda olduğunu bildirən müğənni nəhayət ki, istəyinə çatıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Akalın bu xoş xəbəri "Twitter"də paylaşıb. Göz dəyməsindən qorxduğunu deyən müğənni "4,5 ay qarnımı yaxşı gizlədə bildim,qəbul edin" yazıb. Müğənni həyat yoldaşı Okan Kurt ata olacağını öğrənəndə göstərdiyi reaksiyanıda videoya çəkərək sosial şəbəkəyə yükləyib.

Məşhur pop ifaçı dostlarına təbriklərə görə təşəkkür edib. "Sirrimi saxlayan sənət yoldaşlarım var təbii ki. Hamısı gözəl ürəkli insanlardırlar...".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31