50 Cent İstanbulda nə etdi?
Reper üçün 50 şüşə şampan partladılıb
3 Sentyabr 2013 20:35 MədəniyyətAmerikalı reper 50 Cent bu gecə İstanbulda qonaq olub. Daha çox davalarışları, həbsə düşməyi ilə yaddaşlarda qalan reper Türkiyədə səhnəyə çıxıb. ANS PRESS-in məlumatına görə, o, ötən gecə İstanbulda keçirilən Velvet Festival 2013-ə qatılıb.
Festivalın sonunda müğənni İnna və reper vida partisi keçiriblər. Gecəyə sahiblik edən təşkilatçı Tarkan Ahmed 50 Cent üçün 50 şüşə şampan partladıb.
Məşhur reper şampanları gecəyə əylənmək üçün gələnlərlə paylaşıb və bir ara səhnəyə çıxaraq ifa da edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31