Evli qaldığı hər il üçün 2,3 milyon dollar alacaq
Maykl Duqlas və Ketrin Zeta Cons cütlüyü ilə bağlı yeni iddialar ortaya atılıb
3 Sentyabr 2013 12:58 MədəniyyətHolivud ulduzları Maykl Duqlas və Ketrin Zeta Cons boşanma xəbərləri ilə gündəmdə qalmağa davam edirlər. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 13 illik evliliklərini bitirmə qərarı alan Maykl Duqlas və Ketrin Zeta Cons cütlüyü ilə bağlı yeni iddialar ortaya atılıb.
Belə ki, Mayklın Ketrinə evli qaldıqları hər il üçün 2,3 milyon dollar ödəyəcəyi bildirilib. Buna səbəb isə onların evlənərkən imzaladıqları evlilik müqaviləsi olub.
Məşhur aktrisa Maykl Duqlasın ilk həyat yoldaşını tez-tez aldatdığını bildiyi üçün ondan evlilik müqaviləsi tələb edib. Müqavilənin şərtlərinə görə, əgər Duqlas xəyanət edərsə Ketrinə evli qaldıqları hər il üçün 5 milyon ödəməli olacaqdı. Ancaq cütlüyün ayrılma səbəbi xəyanət olmadığı üçün Maykl Duqlas bu pulun yarısını ödəyəcək.