Ferihanın gizli eşqi üzə çıxdı

Cütlük dost, tanış arasında sevgilərini elan edərək öpüşüb

Azərbaycanda daha çox Feriha kimi tanınan türkiyəli aktrisa Hazal Kayanın mediadan gizli saxladığı sevgilisi üzə çıxıb. Amerikadan yeni qayıdan aktrisa son günlər arıqlamasıyla yerli mətbuatın diqqətini xeyli cəlb etmişdi.ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Hazal 2012-ci ildə Azərbaycanda keçirilən "Eurovision" musiqi yarışmasında Türkiyəni təmsil edən Can Bonomo ilə uzun müddətdir ki, sevgi münasibəti yaşayır.
Cütlük birlikdə ekranlarda görünmək istəmədiklərinə görə yerli mediadan eşqlərini gizlədirdilər. Dünən axşam isə aktrisa rəfiqəsinin ad günü şənliyində eşqlərini dost, tanışa elan edib. Sonra isə bol-bol qucaqlaşaraq rəqs edib hətta öpüşüblərdə.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31