Mətanət İsgəndərli peşman oldu
Əməkdar artist konsertini və layihəsini təxirə saldı
2 Sentyabr 2013 19:57 MədəniyyətƏməkdar artist Mətanət İsgəndərli sentyabrın 7-də "Yaşıl Teatr"da verəcəyi konsertini təxirə salıb. Axşam.az-ın məlumatına görə, müğənni tədbirin təşkilatçısı Nahid Emiloğlu ilə qarşılıqlı razılaşaraq bu addımı atdığını bildirib.
Mətanət İsgəndərlinin təkcə "Yaşıl Teatr"da baş tutmalı olan konserti yox, rayonlarda verməyi planlaşdırdığı "El içində" layihəsi də keçirilməyəcək.
Buna səbəb isə vaxt azlığı olub. Əməkdar artist səviyyəli konsert vermək üçün ona uzun müddət hazırlaşmaq lazım olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31