Türk serialında qorxulu anlar: aktrisa boğulurdu

Türkiyənin Fox TV telekanalında nümayiş olunan, "Scor Films" studiyasının məhsulu "Sana bir sır verecegim" serialının növbəti seriyasının çəkilişi zamanı qorxulu anlar yaşanıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, serialda "Aylin" rolunu oynayan aktrisa Demet Özdemir ölümdən qurtulub.
Savaşın (Berk Cankat) intiqam məqsədilə qaçırdığı Aylin girov saxlandığı anqarda su dolu çəndə boğulma təhlükəsi ilə üzləşib.
Ssenariyə uyğun olaraq, aktrisa 3 tonluq su çəninə salınmışdı və oradan çıxaraq qurtulmalı idi.
Qurtulma epizodu dəfələrlə təkrarlandığından son səhnənin çəkilişində D.Özdemir halsız düşərək özünü itirib. Onu çəkiliş meydançasındakı texniklər çəndən çıxarıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31