Rəqqasə Fatimə özünə biznes açdı

Son zamanlar biznes-ledi kimi tanınan rəqqasə Fatimə Fataliyeva, müğənni Nadir Qafarzadənin "Maral" mahnısına rəqs hazırlayıb. Rəqqasə bildirib ki, o, yeni rəqsini sentyabrın 13-də müğənni N.Qafarzadənin Yaşıl Teatrda gerçəkləşən konsertində təqdim edəcək: 
"Artıq istirahət mövsümünü geridə qoyduq. İstirahətdə olsam da, yaradıcılıqla bağlı işlərimə fasilə etmədim. Bu müddətdə yeni rəqslər hazırladım. Daha sonra 2-ci biznesim olan xınayaxdı mərasimlərinin təşkilini yeni adda "Banu servis" adı altında açdım. Düşünürəm ki, bu yeni servizim də Azərbaycanda tanınacaq. Bundan əlavə şou-biznesdə say-seçmə dostlarımdan olan N.Qafarzadənin Yaşıl Teatrda baş tutacaq konsertinə hazırlaşıram. "Maral" adlı rəqsi də, həmin konsertdə nümayiş etdirəcəm. Hal-hazırda çox sıx iş rejimində çalışıram. Bu mövsümdə yeniliklərim və necə deyərlər partlayışlarım bol olacaq. Bir çox yeni, gözlənilməz layihələrə imza atacam. Hazırda həmin layihələrin yekunlaşma prosesi gedir. Hazır olduqdan sonra təqdim edəcəm. Gözləməyə dəyər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31